Aktuator

Aktuatoravtomatik idarəetmə sistemlərinin funksional elementi; obyektə daxil olan enerji və ya maddə axınını dəyişdirməyə imkan verən mexanizm. Aktuatorun işləməsi üçün o idarəetmə siqnalı və enerji mənbəyi ilə təmin olunmalıdır. İdarəetmə siqnalı nisbətən aşağı enerjiyə malik olur. Enerji əldə etmək üçün, adətən, elektrik cərəyanından, hidravlik və ya pnevmatik təzyiqdən istifadə edilir[1]. Aktuator idarəetmə siqnalını qəbul etdikdə, mənbənin enerjisini mexaniki enerjiyə çevirərək cavab verir.

Aktuator idarəetmə sisteminin mütəhərrik mexanizmi olub, tələb olunan əməliyyatı və ya tapşırığı yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. İdarəetmə sistemi kimi sadə idarəetmə sistemi (sabit mexaniki və ya elektron sistem ), proqram əsaslı idarəetmə (məsələn, printer sürücüsü, robotik idarəetmə sistemi), insan idarəetməsi və ya hər hansı digər giriş ola bilər.[2]

  1. Nesbitt, B. (2011). Handbook of Valves and Actuators: Valves Manual International Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Elsevier Science. p. 2. ISBN 978-0-08-054928-6.
  2. "About Actuatos Arxivləşdirilib 2022-06-15 at the Wayback Machine". www.thomasnet.com.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search